Barselona Mançester Siti'nin futbolçusunu istəyir

  • 25 Sentyabr 2020 23:37
  • 67

 "Mançester Siti"nin ukraynalı futbolçusu Aleksandr Zinçenko karyerasını "Barselona"da davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə "Sportitalia" telekanalının jurnalisti Canluici Lonqari özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Kataloniya təmsilçisi 24 yaşlı sol cinah müdafiəçisini 2020/2021 mövsümü üçün icarəyə götürmək istəyir.

Qeyd edək ki, Zinçenko 2016-cı ildən "Mançester Siti"də çıxış edir.