Qarabağ'ın sabiq legioneri Arsenal'a keçə bilər

  • 12 Yanvar 2021 14:01
  • 31

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını "Arsenal"da davam etdirə bilər. 

Corner.az "sport1" nəşrinə istinadən xəbər verir ki, hazırda Çempionşip təmsilçisi "Bornmut"da çıxış edən 34 yaşlı qolkiper "topçular"ın maraq dairəsinə düşüb.

Ehtiyat qapıçı axtarışında olan London təmsilçisində əsas namizədlərdən birinin Asmir Beqoviç olduğu bildirilib.

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü 2019/2020 mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib.