Real Yoviçi icarəyə verdi

- 12 Yanvar 2021 18:51
- 102
"Real Madrid"in futbolçusu Luka Yoviç karyerasını yenidən Bundesliqada davam etdirəcək.
Corner.az "Marca"ya istinadən xəbər verir ki, serbiyalı hücumçu sabiq komandası "Ayntraxt"a icarəyə verilib.
Tərəflər arasında rəsmi müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir.
Qeyd edək ki, Luka Yoviç 2019-cu ildə "Real Madrid"ə məhz Frankfurt təmsilçisindən keçib.