Lempard'ı Naqelsmann əvəzləyə bilər

  • 13 Yanvar 2021 15:29
  • 34

"Çelsi” baş məşqçisi Frank Lempardın əvəzləyicisini tapıb.

Corner.az “Bild”ə istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi komandanın son oyunlardakı çıxışından narazıdır və buna görə də 42 yaşlı mütəxəssislə yolları ayırmağı planlaşdırır.

London təmsilçisi britaniyalı çalışdırıcını göndərəcəyi təqdirdə bu vəzifəyə “Leyptsiq”in baş məşqçisi Yulian Naqelsmannı gətirmək istəyir.

Massimiliano Alleqri, Tomas Tuçel, Brendan Rocers və Rolf Hasenhüttlin də adı namizədlər arasında çəkilirdi. 

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlinə 26 xalla 9-cudur.(qol)