Ozan Can Niderland klubuna keçidindən danışdı

  • 13 Yanvar 2021 15:30
  • 38

"Sabah”dan icarə əsasında “Telstar” klubuna keçən Ozan Can Kökcü Niderland təmsilçisinə keçidi barədə danışıb.

Corner.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında daha da inkişaf etmək üçün komandasını dəyişdiyini  bildirib:

“Bu təklifə müsbət cavab verməyimə əsas səbəb özümü Avropada sınamaq, həmçinin Azərbaycanı və klubum “Sabah”ı Avropada ən yaxşı şəkildə təmsil etmək istəyimdir. “Telstar”a bu 6 aylıq müddətdə özümü daha da inkişaf etdirmək və daha üst səviyyəyə qalxmaq üçün yollanıram. Mənə daim dəstək olan “Sabah” ailəsinə təşəkkür edirəm. Burda olmadığım müddətdə də komandamı yaxından izləyəcəm. Doğma klubuma uğurlar diləyirəm”.

Qeyd edək ki, Kökcü 2019-cu ilin yayından “Sabah”da çıxış edir. Bu müddətdə komandanın əsas heyət üzvlərindən birinə çevrilən gənc futbolçu, “göy-ağ” formada 29 oyun keçirib, 1 qola imza atıb.