Polşa klubu Mahir Emrelinin transferində israrlıdır

  • 27 Yanvar 2021 07:06
  • 51

Polşanın "Rakuv" klubu "Qarabağ"ın futbolçusu Mahir Emrelinin transferində israrlıdır.

Corner.az yerli "transfery.info" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Marek Papşun 24 yaşlı hücumçunu heyətində görmək istəyir.

Bildirilib ki, "Rakuv" millimizin futbolçusu üçün "Qarabağ"a bir neçə yüz min avro ödəməlidir. Klub polşalı hücumçusu Oskar Zavada ilə yollarını ayırmaq niyyətindədir. Emrelinin məhz Cənubi Koreyaya yollanması gözlənilən futbolçunun əvəzləyəcəyi ehtimal edilir.

Qeyd edək ki, Mahir Emrelinin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb


SON YÜKLƏNƏNLƏR

Azərbaycan atleti finala yüksəldi

DAVAMI