Azərbaycanlı futbolçu rəsmən Latviya klubunda

  • 22 Fevral 2021 18:51
  • 40

"Neftçi”nin yetirməsi, son 4 ili "Səbail"də keçirmiş Orxan Qurbanlı ikinci dəfə ölkə xaricində çıxış edəcək.
 
Corner.az xəbər verir ki, bu barədə futbolçunun meneceri Erkin İbrahimov sosial şəbəkə hesabında məlumat yayıb.
 
O, 26 yaşlı müdafiəçinin Latviyanın tanınmış klubu “Ventspils”lə 2 illik müqavilə bağladığını bildirib.
 
Anlaşmaya əsasən, futbolçu qarşıdakı 4 ayda icarə əsasında Moldovanın “Dinamo-Avto” klubunda çıxış edəcək.
 
Qeyd edək ki, Orxan Qurbanlı 2016-ci ildə icarə əsasında 6 ay Latviyanın "Dauqavpils" komandasının formasını geyinib.

SON YÜKLƏNƏNLƏR

Everton'da yeni müqavilə

24 Fevral 2021 21:31

Millimizin üzvü Fransa klubu ilə müqavilə bağladı

DAVAMI