Badri Kvaratsxeliyanın oğlu Bavariya'nın hədəfində

  • 3 Aprel 2021 08:57
  • 38

Gürcüstan millisinin və "Rubin"in futbolçusu Xviça Kvaratsxeliya karyerasını Almaniyada davam etdirə bilər.

Corner.az "express.de" saytına istinadən xəbər verir ki, Bavariya klubu 20 yaşlı hücumameylli yarımmüdafiəçi ilə yaxından maraqlanır.Heyəti gəncləşdirmək istəyən Münhen təmsilçisinin yaxın günlərdə futbolçu və klubu ilə danışıqlara başlayacağı vurğulanıb.

Qeyd edək ki, gənc futbolçu, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur. bu mövsüm Kazan təmsilçisinin heyətində 20 oyuna çıxıb və 3 qol vurub.


SON YÜKLƏNƏNLƏR

Atletiko onu itirdi

12 Aprel 2021 21:52

Daha bir ağırlıqqaldıranımız medal qazandı

DAVAMI