Pedri Liverpul'un hədəfində

  • 12 Aprel 2021 08:06
  • 240

“Barselona”nın futbolçusu Pedri karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xəbər verir ki, 18 yaşlı hücumçu “Liverpul”un maraq dairəsinə düşüb. Bu barədə “The Mirror” nəşri məlumat yayıb. Məlumatda, Mersisayd təmsilçisi Pedri üçün “Barselona”ya 70 milyon avro ödəməyə hazır olduğu vurğulanıb.

Pedrinin “Barselona” ilə müqaviləsi 2022-ci ilin yayında sona çatır.

Qeyd edək ki, ispaniyalı futbolçu bu mövsüm La Liqada 30 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.