Sabah afrikalı futbolçunu birdəfəlik aldı

  • 12 Aprel 2021 10:44
  • 44

“Sabah” klubu futbolçusu Tiemoko Fofananın transfer hüququna yiyələnib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçunun keçidi ilə bağlı Finlandiyanın “İlves” klubuyla razılığa gəlinib.

Paytaxt təmsilçisi afrikalı forvardla 3 illik müqavilə imzalayıb.

Kot d İvuardalı futbolçu bu ilin yanvarında “İlves”dən icarəyə götürülüb.

Qeyd edək ki, Fofana cari mövsüm Azərbaycan Premyer Liqasında 8 oyun keçirib, 1 qol vurub.