PSJ onunla danışıqlara başladı

  • 12 Aprel 2021 14:59
  • 52

“Liverpul”un futbolçusu Məhəmməd Salah karyerasını Fransada davam etdirə bilər.

Corner.az xəbər verir ki, 28 yaşlı hücumçu PSJ klubunun maraq dairəsinə düşüb. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumatda, Paris klubunun rəhbərliyinin misirli futbolçunun nümayəndələri ilə ilkin danışıqlar apardığı vurğulanıb.

Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. 

Qeyd edək ki, Salah bu mövsüm Mersisayd təmsilçisi ilə 43 oyunda 28 qol vurub.