İnter Çakır üçün danışıqlara başlayır

  • 3 May 2021 11:54
  • 44

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az "Sporx" nəşrinə istinadən xəbər verir ki, yeni çempion "İnter" 25 yaşlı qolkiperi heyətinə qatmağı planlaşdırır.

Klub rəhbərliyi Trabzon təmsilçisinin prezidenti Ahmet Ağaoğlu ilə əlaqə yaradıb. Milan təmsilçisi Ağaoğlunun Çakırı satıb-satmayacaqları ilə bağlı fikrini soruşub. "Trabzonspor"un rəhbəri təklifləri dəyərləndirəcəklərini bildirib.

Funksioner bu məsələ ilə bağlı İtaliya mətbuatına da açıqlama verib. Ağaoğlu hazırda hansısa klubla razılaşmadıqlarını və onun Türkiyənin ən yaxşı qapıçısı olduğunu vurğulayıb.

Qeyd edək ki, Uğurcan Çakır 2014-cü ildən "Trabzonspor"un əsas komandasında çıxış edir.