Legiya Mahir Emreli ilə anlaşmağa yaxındır

  • 3 May 2021 14:34
  • 45

 "Legiya" (Varşava) klubu Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə anlaşmağa yaxındır.

Corner.az-ın məlumatına görə, bu barədə Polşada fəaliyyət göstərən ispaniyalı jurnalist Eugenio Qonsales Agilera tvitterdə yazıb.

Agilera , danışıqların çox yaxşı getdiyini deyib: "Çoxlu təklifi olmasına baxmayaraq, Mahir Emreli "Legiya" ilə anlaşmağa yaxındır. "Legiya" danışıqları sürətlə inkişaf etdirir".

Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir.