Teves Boka Xuniors'dan ayrıldı, futbolu buraxdı

  • 5 İyun 2021 09:50
  • 50

Argentinanın “Boka Xuniors” klubu futbolçusu Karlos Teveslə yollarını ayırıb.

Corner.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özü açıqlama verib. Teves “Boka Xuniors”dan ayrıldığını və karyerasını bitirdiyini bildirib:

“Bu gündən karyeramı bitirdiyimi deyə bilərəm. Kim bilir, üç ay sonra yenidən bir gün oyanıb futbol oynamaq istəyərəm, ancaq bu “Boka Xuniors” formasıyla olmayacaq"

Qeyd edək ki, Argentina millisinin sabiq üzvü 2001 - 2004, 2015-2016 və 2018-ci ildən bu vaxtadək "Boka Xuniors"un formasını geyinib. Təcrübəli forvard karyerası ərzində "Mançester Yunayted", "Mançester Siti", və "Yuventus" kimi klubların uğurları üçün çalışıb.