Buffon Barselona'nın təklifini rədd etdi

  • 10 İyun 2021 07:27
  • 43

 "Yuventus"dan ayrılan qapıçı Canluici Buffon "Barselona" klubunun təklifindən imtina edib.

Corner.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Məlumatda, "Barselona" rəhbərliyi ona komandanın ikinci qapıçısı olmağı təklif edib, ancaq Buffon bundan imtina etdiyi vurğulanıb. 43 yaşlı qolkiper, mövsümün çox hissəsini ehtiyat oyunçular skamyasında keçirmək istəmir və özünə daha çox oyun vaxtı şans verə biləcək klub tapmaq istəyir

Xatırladaq ki, italiyalı qapıçı 2020/2021 mövsümünün sonuna yaxın "Yuventus"u tərk edib və agent statusundadır.