Zidanın oğlunun yeni klubu bəlli oldu

  • 10 İyun 2021 08:10
  • 51

“Real”ın sabiq futbolçusu Enzo Zidanın yeni klubu müəyyənləşib.

Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Fransa ikinci divizion təmsilçisi “Rodez”ə transfer olunub.

Bu barədə klubun saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb. Zidan  yeni klubunda 5 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Enzo Zidan “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidanın oğludur. Fransalı mütəxəssis 10 il əvvəl “Rodez”in səhmdarı olub.

Qeyd edək ki, Enzo Zidanın son olaraq Mərakeş “Vidad”ında oynayıb.