Barselona Sterlinq üçün danışıqlara başlayır

  • 10 İyun 2021 08:16
  • 59

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq karyerasını İspaniyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi “Barselona” klubuna keçə bilər. Bu barədə italyan jurnalist Matteo Moretto özünün “tvitter” hesabında məlumat yayıb.

Sterlinq “Mançester Siti”dən ayrılmağa müsbət yanaşır. İngilis  futbolçu oyun praktikasının azlığından narahatdır və klubunu dəyişmək niyyətindədir.

“Barselona”nın yaxın zamanda “Mançester Siti” ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.


SON YÜKLƏNƏNLƏR

Ramos Premyer Liqa yolunda

18 İyun 2021 06:49

AÇ-da daha iki qızıl və bir bürünc medal şansı

DAVAMI