Qarabağ yeni transferinin anonsunu etdi

  • 10 İyun 2021 11:58
  • 129

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Corner.az xəbər verir ki, Ağdam təmsilçisi yeni transferinin anonsunu paylaşıb. Belə ki, “Qarabağ” “Feysbuk” vasitəsilə yaxın zamanda heyətini yeni futbolçu ilə gücləndirəcəyinin anonsunu verib.

Futbolçunun kimliyi isə məlum deyil.