Şaxtyor 18 milyon avroya futbolçu aldı

  • 10 İyun 2021 20:45
  • 58

 “Benfika”nın futbolçusu Pedrinyo karyerasını Ukraynada davam etdirəcək.

Corner.az xəbər verir ki, "Şaxtyor" 23 yaşlı yarımmüdafiəçini transfer edib. Bu barədə “Benfika”nın rəsmi saytı məlumat yayıb. Məlumatda, Pedrinyonun 18 milyon avro qarşılığında Donetsk təmsilçisinə satıldığı vurğulanıb.

Pedrinyo son mövsümdə “Benfika” ilə 31 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.