Millimizin futbolçusu Türkiyə klubuna keçə bilər

  • 18 İyun 2021 10:19
  • 73

"Sabah"ın futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Corner.az-ın məlumatına görə, 23 yaşlı vingerlə I Liqaya yüksələn "Eyüpspor" klubu maraqlanır.

Türkiyə təmsilçisi Azərbaycan millisinin üzvü ilə danışıqlara da start verib. Klub "Sabah"la razılaşsa, oyunçunu heyətinə qatacaq.

Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır.

Qeyd edək ki,  O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.