Barselona Messi ilə razılığa gəldi

  • 14 İyul 2021 20:32
  • 66

 "Barselona" klubu Lionel Messi ilə yeni müqavilə üçün anlaşıb.

Corner.az "Sport.es"ə istinadən məlumatına görə, argentinalı futbolçu ilə 5 illik yeni müqavilə nəzərdə tutulub. 34 yaşlı hücumçu maaşının 50 faiz azaldılmasına razılıq verib.

O, klubun maddi vəziyyətinin çox ağır olduğunu nəzərə alaraq və digər oyunçulara nümunə olmaq üçün "Barselona"nın şərtlərini qəbul edib. Lionel Messinin yeni müqaviləsində illik qazancı təxminən 32 milyon avro olacağı bildirilir.

Qeyd edək ki, Lionel Messi ötən mövsüm İspaniya La Liqasında 35 oyuna 30 qol vurub və 11 məhsuldar ötürmə edib.