Mançester Siti 35 yaşlı qapıçısı ilə müqaviləni yenilədi

  • 21 İyul 2021 10:38
  • 30

İngiltərə çempionu “Mançester Siti” qapıçısı Skott Karson ilə yeni müqavilə bağlayıb.

Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 35 yaşlı qolkiper 2021/22 mövsümünün sonuna qədər “şəhərlilər”də çıxış edəcək.

Karson 2019-cu ildən “Mançester Siti”də çıxış edir. “Şəhərlilər” onu həmin vaxt “Derbi Kaunti”dən bir illik icarəyə götürmüşdülər. Amma 2020-ci ilin yayında bu icarə müqaviləsinin müddəti daha bir il artırılmışdı. Bu yay təcrübəli futbolçunun “Derbi Kaunti” ilə müqaviləsinin müddəti bitib. Bu üzdən də o, Mançester klubu ilə azad agent kimi müqavilə bağlayıb. İngilis qapıçı geridə qalan iki mövsüm ərzində “Mançester Siti”də cəmi 1 rəsmi matça çıxıb.