Roma Mançester Yunayted'in futbolçusunu istəyir

  • 21 İyul 2021 10:43
  • 45

"Mançester Yunayted”in futbolçusu Aleks Telles karyerasını İtaliyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, "Roma" 28 yaşlı müdafiəçini icarəyə götürmək üçün "qırmızı-şeytanlar"a rəsmi təklif göndərib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Məlumatda, "Mançester Yunayted” “canavarlar” ın təklifini rədd etdiyi vurğulanıb Mançester təmsilçisinin baş məşqçisi Ole-Qunnar Sulşer braziliyalı futbolçunun komandada qalmasını istəyir.

Telles 2020-ci ilin oktyabrından “Mançester Yunayted”də çıxış edir.