Qarabağ'ın sabiq qapıçısı rəsmən Everton'da

  • 21 İyul 2021 12:07
  • 42

"Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviçin yeni klubu məlum olub.

Corner.az xəbər verir ki, 34 yaşlı qapıçı “Everton” klubuna transfer olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Beqoviçin yeni klubu ilə 1+1 şərti ilə müqavilə imzaladığı vurğulanıb.

Beqoviç 2019-cu ilin sentyabrından dekabrına qədər icarə əsasında “Qarabağ”da çıxış edib. Qapıçının son klubu İngiltərə “Bornmut”u olub.