Liverpul futbolçusunu Bundesliqa klubuna satdı

  • 21 İyul 2021 14:18
  • 38

İngiltərənin “Liverpul” klubunun futbolçusu Tayvo Avonyi karyerasını Almaniyada davam etdirəcək.

 Corner.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi “Yunion” klubuna transfer olunub. Bu barədə Berlin klubunun mətbuat xidməti məlumat yayıb. Məlumatda, Tayvo ilə imzalanan müqavilənin detalları barədə açıqlama verilməyib.

2015-ci ildən “Liverpul”da çıxış edən Tayvo ötən mövsümü icarə əsasında məhz “Yunion”da çıxış edib. Nigeriyalı hücumçu Bundesliqada 22 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.