Ərəbləri Türkiyə klubundan üstün tutdu

  • 1 Avqust 2021 17:47
  • 65

Türkiyənin “Fatih Karagümrük” klubunun futbolçusu Alassan Ndao karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Corner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Əl Əhli” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ndao ilə 3 illik müqavilə imzalanıb.

Türkiyənin “Fənərbaxça” klubu ilə Alassan ilə maraqlanırdı.