İkardi PSJ-dən ayrılacaq?

  • 1 Avqust 2021 17:49
  • 46

Fransanın PSJ klubunun futbolçusu Mauro İkardi komandadan ayrılacağı iddialarına münasibət bildirib.

Corner.az xəbər verir ki, 28 yaşlı futbolçu, “İnstagram” hesabından etdiyi paylaşımda Paris təmsilçisində qalacağını qeyd edib:

“PSJ-də qalıram. Heç zaman verdiyim qərarın düzgünlüyünə şübhə etməmişəm. İrəli, PSJ!”

Argentinalı futbolçunun PSJ ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.