Arnautoviçin yeni klubu bəlli oldu

  • 1 Avqust 2021 20:09
  • 101

İtaliyanın “Bolonya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi Avstriya millisinin üzvü Marko Arnautoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Daha əvvəl İtaliyada “İnter”, Niderlandda “Tvente”, Almaniyada “Verder”, İngiltərədə “Vest Hem”, “Stok Siti” kimi klublarda çıxış edən Arnautoviç son olaraq Çinin “Şanxay SİPQ” komandasının uğurları üçün çalışıb.