Qarabağ ispaniyalı futbolçu transfer etdi

  • 2 Avqust 2021 11:37
  • 82

"Qarabağ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

Corner.az-ın məlumatına görə, Ağdam təmsilçisi son olaraq İspaniyanın "Kadis" klubunun formasını geyinmiş Qasper Panadero Zamora ilə anlaşıb.

24 yaşlı ispaniyalı vingerlə 3 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Qasper Panadero 2020-ci ilin avqust ayından İspaniya klubunda çıxış edir. "Kadis" ötən mövsümün sonunda La Liqaya vəsiqə qazanıb.Panadero həmçinin İspaniya U-19-da çıxış edib.