Qarabağ daha çox pul verdi, Azərbaycana getdi

  • 14 Sentyabr 2021 13:26
  • 74

Norveçin “Volerenqa” klubu “Qarabağ”ın transfer etdiyi İbrahima Vadjini almaq istəyib.

Corner.az xəbər verir ki, bu barədə Norveçin “Nettavisen” nəşri məlumat yayıb. Məlumatda, Ağdam təmsilçisinin seneqallı hücümçu üçün “Hauqesund”a Oslo təmsilçisindən daha çox məbləğ təklif etdiyinə görə Vadjinin “Qarabağ”a keçidinin reallaşdığı vurğulanıb. 

“Qarabağ” 26 yaşlı futbolçu ilə üç illik müqavilə imzalayıb.