Rodriqesin müqaviləsindəki xüsusi maddə

  • 26 Sentyabr 2021 01:42
  • 54

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqes Qətərin “Ər Rayan” klubu ilə 3 illik müqavilə imzalayıb.

Corner.az xəbər verir ki, 30 yaşlı futbolçunun klubla müqaviləsinə xüsusi maddə qoyulub. Bu barədə AS nəşri məlumat yayıb.

Məlumatda, PSJ klubu Xamesi transfer etmək istəsə, onu azad agent kimi heyətinə qata biləcəyi vurğulanıb. Bu maddə ancaq Fransa klubu üçün keçərlidir. Xames Paris təmsilçisindən təklif alsa, klubla müqaviləsini ləğv edib, PSJ-yə keçə bilər.

Xames daha əvvəl İspaniyada “Real”, Almaniyada “Bayern”, İngiltərədə isə “Everton” kimi klublarda çıxış edib.