Simeonedən Messi etirafı

  • 13 Oktyabr 2021 17:24
  • 43

İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone “Barselona”dan ayrılan Lionel Messinin transfer etmək istədiyini etiraf edib.

Corner.az xəbər verir ki, argentinalı mütəxəssis, bu barədə İspaniya mətbuatına açıqlamasında deyib:

“Messiyə özüm zəng vurmadım, bunu Luis Suaresdən xahiş etdim. Ona Messidən “Atletiko”ya keçmək istəyinin olub-olmadığını soruşmasını istədim. Ancaq qısa zaman sonra PSJ Messiylə müqavilə imzaladığını açıqladı”.

Messi PSJ klubu ilı 2+1 illik müqavilə imzalayıb.