Qalatasaray onunla yollarını ayırır

  • 24 Noyabr 2021 14:20
  • 53

Türkiyənin "Qalatasaray" klubu futbolçusu Qustavu Asunsan ilə yollarını ayırmaq istəyir.

Corner.az "Fotomac"a istinadən xəbər verir ki, buna səbəb İstanbul təmsilçisinin baş məşqçisi Fatih Terimi 21 yaşlı yarımmüdafiəçinin çıxışından razı qalmamasıdır .

"Sarı qırmızılar" Portuqaliya "Famalikan"ından icarəyə götürdüyü braziliyalı oyunçunu qış transfer dönəmində klubuna qaytarmaq və bu mövqeni başqa futbolçu ilə gücləndirməyi planlaşdırır.

Qeyd edək ki, Qustavu Asunsan indiyədək 135 dəqiqə meydanda olma şansı qazanıb.