Qarabağ'ın yeni transferi Bolqarıstan klubu ilə vidalaşdı

  • 14 Yanvar 2022 10:31
  • 33

"Qarabağ"ın yeni transferi Leandro Andrade Bolqarıstanın "Çerno More" klubu ilə vidalaşıb.

Corner.az-ın məlumatına görə, 23 yaşlı cinah yarımmüdafiəçi bu barədə şəxsi "İnstaqram" hesabında yazıb.

Portuqaliyalı futbolçu 1,5 il çıxış etdiyi Bolqarıstan təmsilçisindən unudulmaz xatirələrlə ayrıldığını  və ömürlük dostlar qazandığını paylaşımına qeyd edib: "Mənə verilən fürsətə görə baş məşqçiyə təşəkkür edirəm. Komanda yoldaşlarıma və mənə dəstək olan bütün azarkeşlərə minnətdaram. Kluba və onunla əlaqəsi olan bütün insanlara uğurlar arzulayıram".

Qeyd edək ki, "Qarabağ" Leandro Andrade ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.