Qarabağ'ın rəqibindən növbəti transfer

  • 14 Yanvar 2022 10:37
  • 52

Niderlandın "Ayaks" klubunun futbolçusu Nikolas Talyafiko karyerasını Fransada davam etdirə bilər.

Corner.az "RMC Sport"a istinadən xəbər verir ki, "Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel "Olimpik"i argentinalı müdafiəçini heyətinə qatmaq istəyir.

Fransa təmsilçisi 29 yaşlı futbolçunu satın alma öhdəliyi ilə mövsümün sonunadək icarəyə götürməyi planlaşdırır. Fransa klubu artıq Amsterdam təmsilçisinə Talyafiko ilə bağlı rəsmi təklif də göndərib.

Qeyd edək ki, Nikolas Talyafiko 2021/2022 mövsümündə 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.