İsgəndərlinin klubu 3 futbolçu ilə gücləndi

  • 14 Yanvar 2022 11:24
  • 46

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” (Türkiyə) klubu heyətini üç yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, 1-ci liqa təmsilçisi “İğdırspor”dan müdafiəçi Erkam Reşmen, “Altay”dan yarımmüdafiəçi Ziya Alkurt və “Kayserispor”dan Antonio Uzodimmanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Erkəm və Ziya birdəfəlik transfer edilibsə, Antonio mövsümün sonuna qədər icarə götürülüb.
 
Vüsal bu mövsüm “Keçiörengücü”ndə 17 oyuna 4 qol vurub.