Niderlandlı futbolçu Premyer Liqada klubunu dəyişdi

  • 14 Yanvar 2022 16:33
  • 40

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Aston Villa”nın yarımmüdafiəçisi Ənvər El Qazini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu mövsümün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 34 nömrəli formanı geyinəcək.
 
El Qazi 2018-ci ilin avqustundan “Aston Villa”da çıxış edir. O, bu mövsüm sözügedən komandanın heyətində 12 matça çıxıb, 3 qol vurub.
 
El Qazi əvvəllər “Ayaks” və “Lill” klublarında çıxış edib.