Azərbaycan klubları polşalı futbolçu ilə maraqlanır

  • 16 Yanvar 2022 20:19
  • 91

Moldovanın "Zimbru" klubunun futbolçusu Martin Kuyttinen karyerasını Azərbaycanda davam etdirə bilər.

Corner.az-ın məlumatına görə, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov yerli mətbuata açıqlama verib.

O, 25 yaşlı hücumameylli yarımmüdafiəçinin Azərbaycan və Polşa klublarının diqqət mərkəzinə düşdüyünü bildirib. Adıgözəlov polşalı oyunçu ilə maraqlanan komandaların adlarını isə açıqlamayıb.

Qeyd edək ki, Martin Kuyttinen daha əvvəl "Vikinqur", Portuqaliyanın "Agias-du-Moradal" və "Sintrense" klublarında, həmçinin İspaniya "Valyadolid"inin U-19 komandasında çıxış edib.