Qarabağ'dan Musa Qurbanlı ilə bağlı açıqlama

  • 17 Yanvar 2022 12:06
  • 96

"Beşiktaş" klubunun Musa Qurbanlı ilə maraqlandığına dair xəbərlər Türkiyə mətbuatının iddiasıdır.

Corner.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq "Qarabağ"ın Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib.

Klub rəsmisinin sözlərinə görə, 20 yaşlı hücumçunun transferi istəyi ilə İstanbul təmsilçisindən "köhlən atlar"a istər yazılı, istərsə də şifahi müraciət olmayıb.

Qeyd edək ki, Fotomac nəşri "Beşiktaş"ın baş məşqçisinin Musa Qurbanlını heyətə qatmaq üçün "Qarabağ" rəsmiləri ilə görüşdüyünü yazıb.