Braziliya klubu Dieqo Kosta ilə yollarını ayırdı

  • 17 Yanvar 2022 14:25
  • 56

Braziliyanın “Atletiko Mineyro” klubu hücumçu Dieqo Kosta ilə yollarını ayırdığını açıqlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Braziliya əsilli ispan futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib.
 
“Atletiko Mineyro” 34 yaşlı hücumçuya xidmətlərinə görə təşəkkür edib.
 
Kosta “Atletiko Mineyro” ilə bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komanda ilə 19 matçda 5 qol vurub.