Səbail Aftandil Hacıyevlə bağlı qərarını verdi

- 13 May 2022 19:37
- 47
“Səbail” baş məşqçisi Aftandil Hacıyevlə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Hacıyevlə müqavilənin müddəti 2022/23 mövsümün sonuna kimi artırılıb.
41 yaşlı mütəxəssis 2018-ci ilin yayından Bayıl təmsilçisini çalışdırır.