Benfika klubu yeni baş məşqçisini açıqladı

  • 18 May 2022 23:56
  • 41

Portuqaliyanın “Benfika” klubunun yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, Portuqaliya təmsilçisinin "sükan"ı yeni mövsümdən almaniyalı Roger Şmidtə həvalə olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Təcrübəli baş məşqçinin gələn həftə komanda ilə ilk məşqə çıxacağı da vurğulanıb.
 
Bildirək ki, Niderlandın PSV klubu baş məşqçi Roger Şmidtlə mövsümün sonunda yolların ayrılacağını açıqlamışdı.