Ayaks yeni baş məşqçisini təqdim etdi

  • 22 İyun 2022 13:46
  • 95

Niderlandın "Ayaks" klubu yeni baş məşqçisini təqdim edib.

Corner.az Amsterdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Alfred Sxröderlə 2+1 illik müqavilə imzalanıb.

49 yaşlı mütəxəssis bu vəzifədə İngiltərənin "Mançester Yunayted" klubunun sükanı arxasına keçən Erik ten Haqı əvəzləyib.

Qeyd edək ki, son klubu Belçika "Brügge"si olan Alfred Sxröder 2018/2019 mövsümündə "Ayaks"da köməkçi məşqçi işləyib.