Neftçi'nin rəqibi ispaniyalı hücumçu transfer etdi

  • 22 İyun 2022 14:18
  • 32

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Kipr "Aris"i heyətini yeni futbolçu ilə gücləndirib.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Limassol təmsilçisi İspaniyanın III liqasında çıxış edən "Marbelya" klubunun futbolçusu Karlos Espositonu transfer edib. 18 yaşlı hücumçu ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

İspaniyalı futbolçu ötən mövsüm "Marbelya"nın U-19 komandasında 26 oyuna 16 qol vurub.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.