Çelsi'nin sahibi idman direktoru oldu

  • 22 İyun 2022 14:44
  • 31

İngiltərənin “Çelsi” klubu Marina Qranovskayanın idman direktoru vəzifəsindən getdiyini açıqlayıb. Corner.az klubun saytına istinadən xəbər verir ki, “Çelsi”nin sahibi Todd Boeli idman direktoru vəzifəsini icra edəcək.
 
Xəbərdə, Boelinin kluba yeni menecer tapana qədər idman direktoru vəzifəsini özü icra edəcəyi vurğulanıb.
 
Qranovskaya 2013-cü ildən “Çelsi”də idi. O, London klubunda transfer məsələlərini idarə edib, həmçinin müqavilələrin yenilənməsi işləri ilə məşğul olub.
 
Qranovskaya İtaliyanın “Tuttosport” nəşri tərəfindən 2021-ci ildə Avropanın ən yaxşı futbol meneceri seçilib.
 
Qranovskayanın 47 yaşı var. O, Rusiyada anadan olub, Rusiya və Kanada vətəndaşlığına malikdir.