Mane Bavariya'ya keçidini şərh etdi

  • 22 İyun 2022 14:49
  • 44

“Liverpul”un hücumçusu Sadio Mane “Bavariya”ya keçidi ilə bağlı fikirlərini bölüşüb. Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, seneqallı futbolçu, Almaniya klubundan təklif aldığı üçün sevindiyini bildirib:
 
“Agentlərim mənə “Bavariya”nın marağından danışanda dərhal sevindim. Mən özümü orada görürdüm. Mənim üçün bu, doğru zamanda doğru klubdur. Mən yalnız “Bavariya”ya keçməyi istəyirdim”.
 
Münhen klubu 30 yaşlı futbolçunun transferi üçün bonuslar nəzərə alınmadan 32 milyon avro ödəyəcək.