Turan Tovuz da gürcülərlə müqavilə bağlayır

  • 7 İyul 2022 14:27
  • 65

Yeni mövsümdən Premyer Liqada mübarizə aparacaq “Turan Tovuz” heyətini gücləndirməyə davam edir. Corner.az xəbər verir ki, hazırda Tovuz təmsilçisinin düşərgəsində baxışda olan bir neçə futbolçu var.
 
Onların bir neçəsi legionerdir. Baş məşqçi Ayxan Abbasovun sınadığı oyunçulardan üçü qonşu ölkə olan Gürcüstanlı futbolçulardı. Gürcüstan “Telavi”sindən gələn futbolçular bəyənilib. Böyük ehtimalla yaxın günlərdə onlarla müqavilə imzalandığı açıqlanacaq.
 
“Turan Tovuz”da Cavid Tağıyevin də taleyinə böyük ölçüdə aydınlıq gəlib. Böyük ehtimalla o, Tovuz klubunda qalmayacaq. Son mövsümü “Səbail”də keçirmiş 29 yaşlı yarımmüdafiəçi ilə də bağlı yekun qərar tezliklə verilməlidir.