Azərbaycanlı futbolçu Arsenal'da

  • 7 İyul 2022 17:52
  • 103

Rusiyanın "SKA-Xabarovsk" klubunun əslən azərbaycanlı futbolçusu Kamran Əliyevin yeni klubu bəlli olub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumameylli yarımmüdafiəçi  "Arsenal"a keçib. Tula təmsilçisi Əliyevlə imzalanan transferin detallarını açıqlamayıb.

Qeyd edək ki, Azərbaycan millisində oynamağa namizəd olan Kamran Əliyev "Ximki"nin yetirməsidir. O, son 2 mövsümü "SKA-Xabarovsk"da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.