Liverpul müdafiəçisini bu kluba satır

  • 7 İyul 2022 19:24
  • 53

İngiltərənin "Liverpul" klubu futbolçusu Neko Uilyamsla yollarını ayırır.

Corner.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi karyerasını "Nottingem Forest"də davam etdirəcək.

Uelsli oyunçu bu transfer üçün Mersisayd təmsilçisinə 17 milyon funt-sterlinq qazandıracaq.

Qeyd edək ki, "Liverpul"un yetirməsi olan Neko Uilyams 2019-cu ildə əsas komandaya cəlb edilib. Oyunçu 2020-ci ildən Uels yığmasının üzvüdür.