Fabio Kannavaronun yeni iş yeri bilindi

  • 20 Sentyabr 2022 10:34
  • 50

İtaliyalı dünya çempionu Fabio Kannavaro ölkəsində "Benevento" klubunun "sükan"ı arxasına keçəcək.

Corner.az xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

O, B Seriyasında çıxış edən komandanın 49 yaşlı mütəxəssisə tapşırılacağını yazıb.

Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə yığma ilə dünya çempionu adını qazanıb. Keçmiş müdafiəçi son olaraq 2019-cu ildə Çin millisinin sükanı arxasında olub.